Xəzər dənizində yerləşən “Günəşli” neft yatağında neftçi qəfil vəfat edib.
Viral.az xəbər verir ki, yatağın 15 nömrəli platformasında qazmaçı işləyən Siyəzən rayonu Yenikənd kənd sakini Fərzəliyev Elman Əlikram oğlu dünən səhər saatlarında ürəktutmadan dünyasını dəyişib.
Yaxınları onun növbədən çıxmağına 1 gün vaxtının qaldığını bildiriblər.
Son Yazılar:
- “Günəşli” yatağında neftçi öldü – FOTO
- Rüfət Səfərov bu maddələrlə ittiham OLUNUR
- Evinin çıxarışı olmayanlara şad xəbər: Bu tarixdən VERİLƏCƏK
Qeyd edək ki, bu gün “Günəşli” neft yatağındakı faciədən 9 il ötür. 2015-ci ilin 4 dekabr tarixində neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində 16 nəfər dünyasını dəyişib, 17 nəfər itkin düşüb. Həmin il 6 dekabr tarixi Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda matəm günü elan olunub.