AZ

Prezident dövlətə xəyanət ittiham olunur

Cənubi Koreyada müxalif Toburo Demokratik Partiyası prezident Yun Seok Yeol və müdafiə naziri Kim Yong Hhyuna qarşı dövlətə xəyanət ittihamı irəli sürmək niyyətindədir.

Modern.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi yazıb.

Bu addım adıçəkilən iki məmurun təşəbbüsü ilə ölkədə hərbi vəziyyətin elan edilməsi ilə bağlıdır.

Partiya nümayəndələri bu məsələni hərtərəfli öyrənməyi planlaşdırırlar.

Xatırladaq ki, Yun Seok Yeol Şimali Koreya qüvvələrinin təhdidinə görə konstitusiya quruluşunun qorunmasının zəruriliyini əsas gətirərək dekabrın 3-də Cənubi Koreyada hərbi vəziyyətin tətbiq olunduğunu açıqlayıb.

O, parlamentə nəzarət edən müxalifətin hökumətin işini iflic etdiyini və Şimali Koreyaya rəğbət bəslədiyini vurğulayıb.

 

Seçilən
2
1
modern.az

6Mənbələr