AZ

“Əsəd rejimi yaxın zamanda süqut edəcək” — AÇIQLAMA

“Yaxın Şərqdə yerləşən ərəb ölkələri mümkün qədər Suriyadakı proseslərin nəzarətdən çıxmaması üçün təşəbbüs göstərməlidir. Şübhəsiz ki, kənar müdaxilələr hadisələri gərginləşdirir. Lakin Türkiyənin təsir qüvvəsi daha çoxdur və bu təsir problemlərin həllinə apara bilər”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib. 

O qeyd edib ki, Suriyada İranın təsiri də böyükdür: 

“Lakin İranın təsiri sülhə və sabitliyə deyil, indiki gərginliyə gətirib çıxardı. Türkiyə öz təsir dairəsində olan qüvvələrin prosesləri həlledici mərhələyə gətirib çıxarmasına təşəbbüs etməlidir. Bəşər Əsəd hakimiyyətinin sonu gələnədək Suriyada sabitlik gözlənilən deyil. Hər bir halda İran və Türkiyə öz aralarında ortaq məxrəcə gəlməlidir”. 

Ekspertin sözlərinə görə, Rusiya da İrana görə bu proseslərdə aktivlik göstərir: 

“Əgər İran Türkiyə ilə razılaşarsa, Rusiyanın da mövqeyində dəyişiklik ola bilər. Nəticə ondan ibadətdir ki, əgər Suriyada vəziyyət sabitləşməsə, növbə digər qonşu ərəb və müsəlman ölkələrinə çatacaq. Türkiyə və İran mümkün qədər Suriyada üz-üzə gəlməməlidir. Əgər bu baş verərsə, İsrailin də provakativ təsirləri artacaq və gedişat dünya müharibəsinə yol aça bilər.

Ancaq proqnozlar onu göstərir ki, Əsəd rejimi yaxın zamanda süqut edəcək. Çünki Türkiyə prezidentinin Əsədlə görüş təşəbbüsünə Suriya rejimi şərtlə cavab vermişdi. İndi isə Əsəd özü Türkiyə ilə münasibətə cəhd edir. Lakin düşünürəm ki, artıq gecdir”.


Törə Zeynallı
Demokrat.az
Seçilən
13
1
demokrat.az

2Mənbələr