Polşa MiQ-29 qırıcılarını Kiyevə göndərilmək üçün hazırlanan hərbi yardım paketlərinə daxil etməyi planlaşdırmır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış TVN24 telekanalında deyib.
Nazir aparıcı telekanalın müvafiq sualına “Xeyr” cavabını verib.
Noyabrın əvvəlində respublika prezidenti Anjey Duda NATO-nun baş katibi Mark Rutte ilə danışıqlardan sonra alyansdan Polşa səmasının qorunmasına zəmanət almadan Ukraynaya vəd etdiyi MiQ-29 qırıcılarını təhvil verməyəcəyini bildirib.