Aktual.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
İlkin məlumata görə, partlayışlara səbəb PUA hücumu olub.
Bildirilib ki, gecə saatlarında Qroznı aeroportunda "Xalça” planı da tətbiq edilib. Nəticədə Moskvaya bir reys təxirə salınıb.
Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, bundan öncə Rusiya MN-in rəsmi açıqlamasında Ukrayna PUA-sının Həştərxan üzərində vurulduğu bildirilmişdi.