Abşeron rayonu, Masazır qəsəbəsi "Yeni Masazır" yaşayış kompleksində qətlə yetirilən və qətli törətməkdə şübhəli bilinən şəxslərin adları məlum olub.
hakimiyyet.az xəbər verir ki, hadisə nəticəsində 1993-cü il təvəllüdlü Ayxan Əhliman oğlu Hacızadə bıçaqlanıb. Qarın və kürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alan Ayxanı xəstəxanaya çatdırmaq mümkün olmayıb. O, yolda həyatını itirib.
Ayxanın həyat yoldaşı 1993-cü il təvəllüdlü Nazirə Nazir qızı Əliyeva isə şübhəli şəxs qismində tutulub.
Qeyd olunur ki, onların dörd azyaşlı övladı var.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Əzizə İsmayılova