Bəzən bizə qoyulan diaqnoza şübhəli yanaşırıq, həmin diaqnozu yenidən yoxlatdırmaq üçün xarici mütəxəssislərə ehtiyac duyuruq. Yəqin ki, bir çoxumuz və ya ətrafımızda olan bir sıra insan bu halla qarşılaşıb. PAŞA Həyat-ın təqdim etdiyi yeni innovativ xidmət elə bu kimi hallarla qarşılaşan şəxslər üçündür.
Belə ki, sizə qoyulan diaqnozu platforma vasitəsilə sistemə daxil edirsiniz. Bundan əlavə, diaqnozun yoxlanılması üçün xarici həkimi də özünüz seçirsiniz. Bir neçə gün ərzində seçdiyiniz həkim tərəfindən diaqnozuna ikinci rəy bildirilir.