AZ

ƏRDOĞAN-PUTİN MÜZAKİRƏLƏRİNİN PƏRDƏARXASI – “Kremlin diqqətinə çatdırılıb ki...”

“Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində Türkiyənin maraqlarını bir daha Kreml sahibinin diqqətinə çatdırıb”.

Turkustan.az xəbər verir ki, bunu liderlər arasında telefon danışığını şərh edən politoloq Elxan Şahinoğlu bildirib.

“Birincisi, Türkiyə Suriyanın ərazi bütövlüyünü tanımaqla yanaşı bu ölkədə PKK və onun törəmələri ilə mübarizəni davam etdirəcək”, - o, qeyd edib.

Ekspert ikinci amil kimi Ərdoğanın Suriyadakı son hadisələr fonunda dinc sakinlərin zərər görməməsinin vacibliyini vurğuladığını bildirir: “Ərdoğan bunları ona görə Putinin diqqətinə çatdırıb ki, Kreml təmasda olduğu PKK-nın Suriyadakı törəmə təşkilatlara yerlərini bildirsin və Rusiya yaxın keçmişdə olduğu kimi Suriyadakı müxalif qüvvələrin nəzarət etdiyi şəhərləri ağına-bozuna baxmadan bombalamasın, bu halda dinc sakinlər həlak olurlar. Putindən tələb olunan Bəşəri Əsədi Rəcəb Tayyib Ərdoğanla qeyd-şərtsiz dialoqa təşviq etməkdir. Hazırda Əsəd Ərdoğana şərt irəli sürmək durumda deyil”. /AzPolitika.info/

Seçilən
0
7
turkustan.az

10Mənbələr