AZ

Kiyev Moskvaya ərazi güzəştləri edə bilər- Trampın planı işləyir

Ukrayna Donald Trampın təklif etməsi gözlənilən münaqişənin həlli planına uyğun olaraq, Rusiya ilə müəyyən ərazi güzəştlərinə razılaşa bilər.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.

Agentlik bildirir ki, bu plana əsasən, Ukraynanın NATO-ya üzvlüyü müvəqqəti olaraq dayandırıla bilər, lakin bu məsələ tamamilə gündəlikdən çıxarılmayacaq. Bu isə Rusiyanın tələblərinə tam uyğun gəlmir.

Məlumata görə, Donald Trampın administrasiyası yaxın vaxtlarda Ukrayna üzrə sülh planını müzakirə etmək üçün xüsusi işçi qrupu yaratmağı planlaşdırır.

Seçilən
4
4
musavat.com

4Mənbələr