Fransanın müxtəlif şəhərlərindən tətil edən yüzlərlə taksi sürücüsü Parisdə parlamenti binası qarşısına toplaşaraq hökumətin səhiyyə daşınması ilə bağlı yeni qaydalarına etiraz ediblər.
Avtosfer.az xəbər verir ki, 2 minə yaxın taksi sürücüsü parlament binası yaxınlığında gəlsə də, gün ərzində aksiyada iştirak edən taksi sürücülərinin sayının artacağı gözlənilir. Bu, Paris və ətrafdakı İle-de-Frans bölgəsində ciddi nəqliyyat sıxlığına səbəb olub.
Etirazçılar iddia edirlər ki, səhiyyə sahəsində planlaşdırılan yeni tənzimləmə özəl nəqliyyat xidmətləri (VTC) ilə qeyri-qanuni rəqabətə gətirib çıxarır.
Fəallar bu cür nəqliyyat xidmətlərinin xəstələrin daşınması üçün haqsız rəqabət yaratmasının qarşısını almağı tələb edirlər.
(News24.az)