AZ

"TikTok" dələduzları yenə İŞ BAŞINDA – Qanunsuz yolla ünvanlı sosial yardım "düzəldən"lər KİMDİR?

Sosial şəbəkələrdə ünvanlı sosial yardım düzəltdiyini iddia edən bir çox səhifələr var.

Təəssüflər olsun ki, bu şəxslər illərdir fəaliyyət göstərirlər. Sadəcə indi sosial medianın geniş yayılması nəticəsində üzə çıxırlar. Bu şəxslər saatlarla "TikTok" platformasında canlı yayım açaraq insanları cəlb edirlər. Üstəlik şirnikləndirici yolla və əminliklə vətəndaşlara ünvanlı sosial yardım almalarına köməklik edəcəklərini vurğulayırlar. İnsanlar isə belə dələduzları aidiyyəti qurumun işçiləri sanıb, razılıq verirlər.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili Bizim.media-nın sorğusuna cavab olaraq, bu cür əməllərin dələduzluq olduğunu bildirib.

"Paytaxt küçələrində, müxtəlif sosial şəbəkələrdə ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik göstəriləcəyinə dair rast gəlinən elanlar paylaşılır. Onları yazıb paylaşan şəxslərin aztəminatlı ailələri aldatmaqla müəyyən məbləğlərdə vəsaitini mənimsəmək, dələduzluq yolu ilə qazanc əldə etmək məqsədinə yönəlib".

Qurum rəsmisinin sözlərinə görə ünvanlı dövlət sosial yardımı ilə bağlı qeydiyyatdan keçmək, müraciət etmək üçün hər hansı bir ödəniş tələb olunmur:

"İstənilən şəxs ünvanlı dövlət sosial yardımı, bu yardımın kimlərə şamil olunduğu, müraciət etmək qaydası barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial.gov.az və Dövlət Sosial Müdafiə Fondunun dsmf.gov.az saytlarından "Ünvanlı dövlət sosial yardımı" bölməsindən öyrənə bilər. Eyni zamanda həmin bölmədəki müvafiq altbölmə üzərindən ünvanlı sosial yardımla bağlı müraciət edə bilər. Ona görə də vətəndaşlara paytaxt küçələrində, sosial şəbəkələrdə ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində guya köməklik ediləcəyi kimi aldadıcı elanlarla rastlaşdıqları halda diqqətli olmağı və aldanmamağı tövsiyə edirik", - deyə nazirlikdən bildirilib.

Seçilən
7
3
moderator.az

4Mənbələr