Türkiyənin Antalya vilayətində yenidən zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Qazipaşa rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.6 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 32.69 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Zəlzələ ətraf bölgələrdə də hiss edilib.