2024-cü ilin on bir ayında 16 nəfərin Azərbaycan Dəmir Yollarına məxsus qatarlarla toqquşması nəticəsində 11 nəfər ölüb, 6 nəfər müxtəlif xəsarət alıb. Bu barədə Azərbaycan Dəmir Yollarının açıqladığı rəqəmlərdə qeyd olunub.
"Dəmir yolunda qəza hadisələri əksərən piyada və avtomobil sürücülərinin diqqətsizliyinə görə baş verir. ADY bu kimi halların qarşısının alınması üçün dəmir yolu ətrafında yerləşən məktəblərdə və yaşayış sahələrində maarifləndirmə işləri aparır, eyni zamanda, infrastrukturda təhlükəsizlik tədbirlərini gücləndirir. Müasir qatarlar daha sürətli və səssizdir. Dəmir yollarından keçərkən yalnız təyin olunmuş yerlərdən və yerüstü keçidlərdən istifadə edin. Dəmir yolu xətlərinə yaxınlaşarkən sağa və sola baxın, qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam edin”, - qurumdan bildirilib.
www.anews.az