Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki“AzInTelecom” MMC 3-4 dekabrda Bakıda keçirilən VIII BeynəlxalqBankçılıq Forumunda iştirak edib.
Trend xəbərverir ki, bu barədə “AzInTelecom” MMC məlumat yayıb.
Bildirilib ki, tədbirin əsas tərəfdaşı kimi forum məkanında“AzInTelecom”un stendi quraşdırılıb. Stenddə “AzInTelecom”unmaliyyə sektoru üçün faydalı olan məhsul və xidmətləri haqqındaiştirakçılara məlumat verilib. Burada xüsusilə banklara unikalimkanlar təqdim edən SİMA rəqəmsal imza, “SİMA Pay”, “SİMA KYC” vəonun alt məhsulları olan “Videozəng” və “Videoqeydiyyat” həlləriilə bağlı məlumatlar təqdim edilib.
Tədbirin ilk günü “AzInTelecom”un Kommersiya departamentinindirektoru Fərrux Fərəcullayev “SİMA bankçılıq innovasiyalarınıninkişafında” mövzusunda panel müzakirələrdə çıxış edib. SİMA iləbankların öz xidmətlərini uğurla rəqəmsallaşdırmasından danışanF.Fərəcullayev bildirib ki, SİMA ilə banklar, eləcə də digərmaliyyə təşkilatları bir sıra əməliyyatlarda vaxta, xərcə və kağızaqənaət etmə imkanı əldə ediblər.
Qeyd edilib ki, “AzInTelecom”a məxsus “SİMA İmza”, “SİMA KYC”rəqəmsal həllərindən artıq Azərbaycanda 9 bank öz xidmətlərininrəqəmsallaşdırılmasında istifadə edir. Bura kredit müqavilələrininimzalanması, debet kartların sifarişi, şəxsiyyətin təsdiqi, onlaynəmanət yerləşdirilməsi və s. bank əməliyyatlarının bankfiliallarına getmədən, məsafədən həyata keçirilməsi daxildir.Bundan başqa, çoxsaylı maliyyə təşkilatları (BOKT, investisiyaşirkətləri, elektron pulqabı və s.) da avtorizasiya və imzalamaproseslərini SİMA məhsulları sayəsində rəqəmsallaşdırıblar.
Hüquqi olaraq əl imzasına bərabər tutulan “SİMA İmza” iləmaliyyə sektorunda iş yükü önəmli dərəcədə azalır, vətəndaşlar isəmaliyyə əməliyyatlarını növbə gözləmədən və kağız sənədlərtoplamadan həll edirlər. SİMA rəqəmsal həllər platforması ilə bağlıdaha ətraflı məlumatı sima.azsaytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etməkolar.