AZ

Maşını nə ilə yuyaq:qabyuyan maye, yoxsa uşaq şampunu? 

Suda rahat həll olduğu üçün bir çox avtomobil sahibi maşın yuyarkən qabyuyan mayedən istifadə edir. Halbuki, xarici ekspertlər qətiyyətlə bunun əleyhinədirlər.    

Avtosfer.az xəbər verir ki,  qabyuyan mayelər bir qayda olaraq yağı təmizləmək üçün nəzərdə tutulub. Bu səbəbdən onların tərkibində turşuluq yüksəkdir. Buna görə də, onlar yağı təmizləsələr də, avtomobilin üzərindəki palçığı təmizləyə bilmirlər. Üstəgəl, nə qədər təmiz yuyulsa da, kuzovda ləkələr qalır. 

Ən təhlükəlisi isə budur ki, müntəzəm istifadə zamanı mayenin tərkibindəki turşular metal hissələrin korroziyasını sürətləndirir.

Buna görə də maşın yuyarkən ən yaxşı vasitə avtomobil şampunudur. Əgər bu yoxdursa, uşaq şampunundan da istifadə etmək mümkündür. Çünki bu şampunların tərkibi az aqressivdir.

Vüqar

Seçilən
22
avtosfer.az

1Mənbələr