AZ

"Ukraynanın NATO-ya üzvlüyü daha yaxşı təhlükəsizlik zəmanətidir"

Ukraynanın NATO-ya qəbulu və təşkilatın Nizamnaməsinin 5-ci maddəsinin ona şamil edilməsi Kiyev üçün təhlükəsizliyin ən yaxşı və ucuz təminatı ola bilər.

Xezerxeber.az xəbər verir ki, Litvanın xarici işlər naziri Qabrielyus Landsberqis bu fikri Şimali Atlantika Alyansı ölkələrinin xarici işlər nazirlərinin görüşünə gələrkən səsləndirib.

“Ukraynada sülhə nail olmaq istəyiriksə, başqa seçimimiz yoxdur. NATO Nizamnaməsinin 5-ci maddəsində nəzərdə tutulan təminatlardan daha yaxşı və ucuz başa gələn təhlükəsizlik təminatı ola bilməz”, - deyə nazir bildirib.

Qabrielyus Landsberqis, eyni zamanda, NATO-nun Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməyəcəyi ilə bağlı iddiaları illüziya adlandırıb. Qərbin “trilyonlarla dollar” xərclədiyi Əfqanıstan və İraqın aqibətini xatırladan nazir, Kiyevə ayrılan yardımın bu xərclərlə müqayisədə zərrəcik olduğunu vurğulayıb. O, həmçinin Ukraynadakı müharibənin kənarda deyil, bilavasitə döyüş meydanında həll olunacağını deyib.

Qeyd edək ki, NATO Nizamnaməsinin kollektiv müdafiə ilə bağlı 5-ci maddəsinə görə, blokun üzvlərindən birinə silahlı hücum digər müttəfiqlər tərəfindən alyansa hücum kimi qəbul edilir.

Seçilən
20
1
xezerxeber.az

2Mənbələr