AZ

"Real" qapıçısı ilə yeni müqavilə imzalamağı düşünür

İspaniya təmsilçisi "Real" (Madrid) qapıçısı Tibo Kurtua ilə yeni müqavilə imzalamağı düşünür.

"Report" "COPE"yə istinadən xəbər verir ki, 32 yaşlı belçikalı qolkiper də bunun tərəfdarıdır.

Onun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Qeyd edək ki, T.Kurtua cari mövsüm La Liqada keçirdiyi 11 oyunda 7 qol buraxıb.

"Cebheinfo.az"

Seçilən
26
1
cebheinfo.az

2Mənbələr