AZ

Səhər Orucovaya şiddətli töhmət-Kollecdə nöqsanlar aşkarlandı

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru Səhər Orucova şiddətli töhmət verirlib.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

XALQ.AZ məlumat verir ki, 14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən  Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib.

Yoxlamalar zamanı təhsil müəssisəsində tədris prosesinin təşkili və idarəetmə ilə bağlı bir sıra nöqsanlar aşkarlanıb. Nəticədə kollec rəhbəri Səhər Orucavaya şiddətli töhmət verilib və xəbərdarlıq edilib.

Agentlikdən bildirilib ki, orta ixtisas təhsil müəssisələrində idarəetməni təkmilləşdirmək, şəffaflığı və təhsilin keyfiyyətini artırmaq məqsədilə keçirilən tədbirlər davam edəcək. Qeyd edək ki, monitorinq Gəncə, Qazax, Tovuz Kolleclərində aparılıb.

Məlumat üçün bildirir ki, Səhər Orucova Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri, 2012-2021-ci illərdə Azərbaycanın Qırğıstanda səfiri olmuş Hidayət Orucovun qızıdır.

Seçilən
21
28
xalq.az

10Mənbələr