Uşaq bağçalarında qarşımızdakı ən böyük maneə sovet dönəmindən qalmış modelin olmasıdır.
Onun sözlərinə görə, həmin modeldə uşaq bağçaları təhsil müəssisəsindən daha çox qayğı yeri kimi qalıb:
"Digər tərəfdən, bu model çox bahalıdır. Dünyanın heç bir ölkəsində uşağı gündə dörd dəfə qidalandırıb təmirli binada saxlamaq nümunəsi yoxdur. Ona görə də bir çox ölkələrdə dövlət-özəl tərəfdaşlığına əsaslanan modellər təklif olunur. 2017-18-ci illərdən icma əsaslı məktəbəqədər təhsil modeli tətbiq olunur. Bu modelin qiyməti ənənəvi modeldən xeyli ucuzdur".