AZ

Tiflis meri etirazlara dəstək verən dövlət qulluqçularını hədələdi

Tiflis meri və Gürcü Arzusu Partiyasının baş katibi Kaxa Kaladze bildirib ki, paytaxtda etirazları dəstəkləyən dövlət qulluqçuları hakimiyyətdən "cavab" alacaqlar.

Bu barədə Qaynarinfo "Sova”ya istinadən xəbər verir.

Şəhər hökumətinin iclası zamanı o, etirazçıların hərəkətlərini "təxribat cəhdi və dövlət çevrilişi” adlandırıb.

Kaladzenin sözlərinə görə, etirazları dəstəkləyən petisiyanı şəhər meriyasının 229 əməkdaşı imzalayıb. O, eyni zamanda qeyd edib ki, paytaxt administrasiyasında 32 minə qədər insan çalışır.

"Ölkəmizə, bu şəhərə və bu şəhərdə yaşayan insanlara ləyaqətlə, peşəkarlıqla və dürüstlüklə xidmət edən bütün insanlara təşəkkür etmək istəyirəm. Sabotaj cəhdi, inanın mənə, təbii ki, konstitusiya və qanun çərçivəsində cavabsız qalmayacaq”, deyə Tiflis meri bildirib. 

Nizami Bağırov
Seçilən
303
qaynarinfo.az

1Mənbələr