1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Naxçıvanda yaşayan Talehə və Peyman Səfərov cütlüyünün 9 yaşlı oğlu Fərid Səfərov 30 noyabrda anasının həyətdə plov bişirdiyi qazana düşüb.
Oxu.Az bu barədə İHA-ya istinadən xəbər verir.
Məlumata görə, bədənindəki yanıqlar səbəbindən Naxçıvanda xəstəxanaya yerləşdirilən Səfərov ilk müdaxilədən sonra Türkiyəyə aparılıb. Bu ölkədə əvvəl İğdır Dövlət Xəstəxanasına, daha sonra Ərzurum Şəhər Xəstəxanasının Yanıq Müalicə Mərkəzinə göndərilib.
"Hadisə nəticəsində xəstənin bədəninin 25 faizində 2-ci və 3-cü dərəcəli yanıqlar var. Xüsusilə qol və əl bölgəsində dərin yanıqlar mövcuddur. Xəstənin həyati təhlükəsi hələ sovuşmayıb. Uşağın stabil vəziyyətə gəlməsi üçün müdaxilələrimiz davam edir", - deyə Ərzurum Şəhər Xəstəxanası Yanıq Müalicə Mərkəzinin həkimi Onur Ceylan bildirib.