1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qızıl-zinət əşyalarının və diş implantı hissələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşından gömrük orqanlarına bəyan edilməyən, çəkisi 682 qram olan qızıl-zinət əşyaları və zərgərlik məmulatları, ona məxsus çamadandan isə 228 ədəd diş implantı hissəsi aşkarlanıb.