Bakı. Trend:
“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM)Komitəsinin sədri, Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü -sədrin müavini Xəyyam Fərzəliyev Naxçıvan Muxtar RespublikasınınCulfa rayonunda yerli sakinlərlə görüşüb.
Görüş “AzerGold” QSC-nin hazırda layihə üzrə intensiv tədqiqatişləri həyata keçirdiyi “Ortakənd” qızıl, o cümlədən “Göydağ”mis-porfir və “Başkənd” mis sahələrinin yaxınlığında yerləşənXanəgah kəndində təşkil edilib.
KSM çərçivəsində sözügedən kəndin sakinləri ilə ilk dəfəkeçirilən görüşün əsas məqsədi fəaliyyət zonasına yaxın ərazilərdəyaşayan vətəndaşlarla yaxından tanışlıq, onları sahələrinistismarına hazırlıq işləri barədə məlumatlandırmaq, yerliicmaların sosial ehtiyaclarını müəyyənləşdirmək və növbəti il üçünhazırlanan sosial tədbirlər planına daxil etməkdir.
Xəyyam Fərzəliyev “AzerGold” QSC tərəfindən 2018-ci ildəngeoloji tədqiqata cəlb edilən “Ortakənd” yatağının Naxçıvan MuxtarRespublikasında istismarına hazırlıq işləri görülən ilk qızılyatağı olduğunu bildirib. KSM Komitəsinin sədri hazırda yataq üzrəqiymətli metalların hasilat metodologiyasınınmüəyyənləşdirildiyini, optimal emal texnologiyasının tətbiqiistiqamətində işlərin aparıldığını kənd sakinlərinin diqqətinəçatdırıb. Önümüzdəki illərdə istismara verilməsi nəzərdə tutulan“Ortakənd” qızıl yatağı, o cümlədən hazırda geoloji tədqiqatmərhələsində olan digər sahələrdə hasilat və istehsalatfəaliyyətinin təşkili ilə ölkəmizin, xüsusilə Naxçıvan MuxtarRespublikasının sosial-iqtisadi inkişafına əlavə töhfələrinverilməsi, bölgədə məşğulluğun səviyyəsinin yüksəldilməsi, əhalininrifah halının daha da gücləndirilməsinin əsas hədəflərdən biri kimiqarşıya qoyulduğu qeyd olunub.
Görüşdə Səhmdar Cəmiyyətinin bu günə qədər hasilat və istehsalatfəaliyyəti zamanı sosial məsuliyyətlilik prinsipi əsasında müxtəlifistiqamətlər üzrə həyata keçirdiyi layihələr haqqında ətraflıməlumatlar verilib, sakinlərin sosial ehtiyacları ilə bağlımüraciət və təşəbbüsləri dinlənilib, nəzərə alınması üçünqeydiyyata alınıb.
Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasının yerli icraorqanlarında da görüşlər keçirilib, QSC-nin bölgə ilə bağlıplanlaşdırdığı layihələr müzakirə olunub.
Qeyd edək ki, KSM Komitəsi tərəfindən Səhmdar Cəmiyyətininfəaliyyət göstərdiyi bölgələrdə yerli sakinlərlə ənənəvi görüşlərintəşkili davam etdiriləcək.