AZ

Simonyan sülh prosesindən danışdı: "Müzakirələr davam edir"

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı müzakirələr davam edir və proses təkliflər əsasında irəliləyir.

Musavat.com Ermənistan mənbələrinə istinadən bildirir ki,  bu barədə məlumatı Ermənistan parlamentinin sədri Alen Simonyan açıqlayıb:

"Proses davam edir. Bakıda COP29 tədbirinin keçirilməsi ilə əlaqədar olaraq qısa müddətli fasilə yaranıb. Azərbaycan tərəfi bunu iş qrafikinin sıxlığı ilə izah edib. Hazırda müzakirələr konstruktiv şəkildə davam edir və "təklif-müzakirə" formatında irəliləyirik," - deyə Simonyan qeyd edib.

Simonyan ümumi vəziyyəti müsbət qiymətləndirərək, tərəflər arasında dinamikanın ümidverici olduğunu əlavə edib.

Seçilən
17
musavat.com

1Mənbələr