"Artıq özümüzü KTMT-dən kənarda hesab edirik".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O, Rusiya prezidenti Vladimir Putinin KTMT-nin Qarabağda döyüşə bilməyəcəyini və Ermənistana heç bir hücumun olmadığını deməsi ilə bağlı çıxış edən deputat Davit Karapetyana belə cavab verib: "Dedik ki, dediyiniz qırmızı xətt keçilib. Bizə dedilər ki, sərhəd nədənsə delimitasiya olunmayıb. Biz dedik ki, çox yaxşı. Bu xəritə, bu karandaşla Ermənistanda KTMT-nin məsuliyyət zonasının hara getdiyini göstərin. Bunu bizə göstərməyiblər və mən də öz reaksiyamı açıq şəkildə dedim: əgər Ermənistanda KTMT-nin məsuliyyət zonası yoxdursa, o xətt göstərilə bilmirsə, deməli KTMT təşkilat olaraq mövcud deyil. 2022-ci ilin payızında İrəvan sammitində iştirakdan imtina etməyimin səbəbi də bu idi".
Sənədlərin imzalanması ilə bağlı bəyanata toxunan Paşinyan xatırladıb ki, Ermənistan KTMT-nin fəaliyyətində iştirakının dondurulduğunu elan edib: "Burada Qarabağla bağlı məsələ tamamilə yersizdir. KTMT ilə münasibətlərin dondurulması kontekstində Qarabağ mövzusuna ümumiyyətlə toxunmadıq. Bu isə o deməkdir ki, Ermənistan tərəfi hər hansı sənədin hazırlanması, müzakirəsi və ya təkliflərin verilməsi proseslərində iştirak etmir. Biz sadəcə olaraq heç bir sənədə veto qoymuruq, çünki əslində biz artıq özümüzü KTMT-dən kənarda hesab edirik və qoy onlar nə istədikləri barədə qərar versinlər. Biz onların işlərinə qarışmırıq.
Amma bir daha deyirəm, bu vəziyyət Ermənistanın KTMT-yə qayıtmasını qeyri-mümkün edir".
Ağarza Elçinoğlu