AZ

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR - İnternetin sürəti...

Bütün dünyada ən mühüm və vazkeçilməz bir sahəyə çevrilən informasiya texnologiyası həm də günbəgün yenilənməkdədir. Eyni zamanda da həyatımızı bu sahə olmadan təsəvvür etmək çətindir. Bütün sahələrdə olduğu kimi bu sahədə də müsbət nailiyyətlər olduğu kimi mənfi məqamlar da mövcuddur. Mövzu ilə bağlı Referans.az" target="_blank">Referans.az -ın növbəti müsahibi informasiya texnologiyaları və sosial media marketinq məsələləri üzrə mütəxəssis Səkinə İlqarqızıdır. 



– Səkinə xanım, ölkəmizdə informasiya texnologiyalarının hazırkı necə xarakterizə edərdiniz?



- İT və İKT-yə görə ölkəmiz bu gün bir çox ölkələrdən geri qalır. Buna baxmayaraq son illər Azərbaycanda sürətlə artan rəqəmsallaşma, yeni nəsil texnologiyaların inkişafı, iqtisadiyyatın və cəmiyyətin belə texnologiyalardan istifadə səviyyəsini artırıb.

İKT sahəsində kadr hazırlığı bərbad vəziyyətdədir: "İKT mühəndisliyini bitirən tələbələr var ki, elementar proqramları – Microsoft Office və s., proqramları belə bilmirlər. Bu sahədə kadr hazırlığına, praktik və nəzəri biliklərin əldə olunmasına ciddi fikir verilməlidir.

Düşünürəm ki, informatika dərsləri daha çox praktik olmalıdır". Tələbələr peşəkar mütəxəssislər ilə birlikdə real İT layihələr üzərində təcrübə toplamalıdırlar. Qeyd etmək istərdim ki, İT sahəsini öyrənmək istəyən insanlar daha çox ölkəmizdə fəaliyyət göstərən kurslara və yaxud xaricdə təhsil almaq üçün şirkətlərə müraciət edirlər. Belə hallar isə heçdə ürək açan deyil.

İT üzrə peşəkar mütəxəssis olmaq üçün xaricdə təhsilə deyil, eyni zamanda da ölkədə bu sahədə təhsilə böyük diqqət ayırmaq lazımdır: İT mütəxəsissini 10 ay, 1 il ərzində də hazırlamaq mümkündür. Yəni, İT də elə ixtisaslar var ki, peşə məktəbində və yaxud ixtisaslaşdırılmış kurslardada bu təhsili vermək kifayətdir.





Cəmiyyətdə insanları narahat edən məqamlardan biri də internetin zəif sürəti ilə bağlıdır. Fikrinizcə Azərbaycanda internetin sürəti niyə çox zəifdir?


– Hesab edirəm ki, ölkəmizdə internetin sürəti qonşu ölkələrə baxanda kifayət qədər sürətlidir. Hal - hazırda bizim TIER 3 səviyyəli Data Center-lərimiz, şəxsi peykimiz, yüksəksürətli internetimiz var. Bütün bunlar infrastruktur həlləridir, bunları idarə edən tək - tük sayda kadrlarımız və dəstək olan layihələrimiz var. Bu səbəbdən düşünürəm ki, İT sahədə müəyyən qədər kadr çatışmazlığı mövcuddur.


Bir mütəxəssis olaraq qənaətinizə görə Azərbaycanın İKT bazarında kifayət qədər peşəkar kadr varmı?


Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki,  Azərbaycanın İKT bazarında peşəkar mütəxəssislər heç də az deyil  Lakin bu sahənin peşəkarlarına lazımı dəyər verilmədikdə, onlar xarici İT bazarlarında işləməyi və potensiallarını ora yönləndirməyi üstün tuturlar.


  


Söhbətləşdi: Bünyamin Bünyadzadə

Referans.az 

Seçilən
63
referans.az

1Mənbələr