AZ

Qvardiola özünə qapanıb, telefon zənglərinə cavab vermir

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola özünə qapanıb, telefon zənglərinə cavab vermir.

Adalet.az  "The Athletic"ə istinadən xəbər verir ki, buna səbəb "şəhərlilər"in ardıcıl 7 oyunda qələbə qazana bilməməsidir.

Bu, ispaniyalı mütəxəssisin karyerasında ilk belə uğursuz haldır. 53 yaşlı mütəxəssis klubun bazasındakı otağına çəkilib və heç kimlə danışmaq istəmir.

Qeyd edək ki, son çempion "Mançester Siti" Premyer Liqada 23 xalla 5-ci sırada qərarlaşıb.

Seçilən
14
4
adalet.az

2Mənbələr