AZ

Türkiyənin Azərbaycana tekstil məhsulları ixracı 46,1 milyon dollar olub

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Azərbaycana tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azalaraq 46,1 milyon dollar olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi açıqlama verib.

Nazirlikdən bildirilib ki, 2024-cü ilin noyabr ayında Türkiyə Azərbaycana 5,5 milyon dollar dəyərində tekstil məhsulları ixrac edib, bu isə keçən ilin noyabr ayı ilə müqayisədə 15 faiz azdır.

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin ümumi tekstil məhsulları ixracı isə 0,8 faiz azalaraq 8,7 milyard dollar olub.

Qeyd olunub ki, bu ilin noyabr ayında Türkiyə 856 milyon dollar dəyərində tekstil məhsulları ixrac edib ki, bu da ötən ilin noyabrı ilə müqayisədə 6,8 faiz artım göstərir.

Son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 9 milyard 478 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib.

Seçilən
1
16
fins.az

10Mənbələr