AZ

Son on ildə Azərbaycanda inflyasiya orta hesabla 5.5% təşkil edib - Fitch

Son on ildə Azərbaycanda inflyasiya orta hesabla 5.5% təşkil edib və  2033-cü ilə qədər olan 10 illik proqnoz dövründə inflyasiyanın orta hesabla 5.0% olacağı gözlənilir. Bu barədə Benəlxalq reytinq təşkilatı olan Fitch  Solutions-un hesabatına bildirilib.
 
Hesabat  müəlliflərinin fikrincə,   Mərkəzi Bank 2026-cı ilə qədər inflyasiya yönümlü pul siyasəti sisteminə tam keçidi nəzərdə tutan dörd illik plan müəyyən edib. Bu, həmin vaxta qədər manatın xarici valyuta bazarında daha sərbəst şəkildə satılmasına imkan yaradacaq. 

Artan ərzaq qiymətləri və Rusiya-Ukrayna müharibəsi səbəbindən inflyasiya tarixi maksimuma çatıb.

Bu, Azərbaycanın təchizat zəncirində ciddi pozuntulara səbəb olub. Bununla belə, gələcək illərdə qiymətlərin tədricən azalacağı gözlənilir.

"Biz bunun yerli valyutaya ciddi təsir göstərəcəyini gözləmirik. Məzənnənin bu dövrdə əsasən sabit qalacağına dair fikrimizə əsasən, inflyasiyanın uzunmüddətli perspektivdə yenidən trendlə uyğunlaşacağını proqnozlaşdırırıq",  -  Fitch analitikləri bildirib. 
 
N.Təbrizli





4o



























www.anews.az
Seçilən
5
6
anews.az

7Mənbələr