Tanınmış jurnalist Cəmaləddin Quliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində vəzifəyə təyin olunub.
Moderator.az modern.az-a istinadən xəbər verir ki, C.Quliyev Dövlət Komitəsində sektor müdiri vəzifəsinə təyinat alıb.
C.Quliyev əvvəllər "Paritet" qəzetinin baş redaktoru, Prezident Administrasiyasında İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri vəzifəsində çalışıb.
Cəmaləddin Quliyev son vaxtlar İran, Türkiyə, Şimali Afrika, Orta Şərqlə bağlı KİV-lər üçün çoxsaylı analitik yazılar və şərhlərlə diqqəti cəlb edirdi.