AZ

Maşının yan güzgülərinin bilmədiyimiz üç gizlifunksiyası nələrdir? - VİDEO

Avtomobilin yan güzgülərinin ancaq arxadan gələn nəqliyyat vasitələrini izləmək üçün istifadə edildiyini düşünürsünüz? 

Belə fikirləşirsinizsə yanılırsınız. Əslində maşının yan güzgülərinin 3 gizli funksiyası var. 

Məlumdur ki, yağışlı hava şəraitində maşın sürdüyünüz zaman yan güzgülərinə su damlaları düşür və bu istər-istəməz nəqliyyat vasitəsini idarə etməyinizə təsir edəcək. Təbii ki, bu hal olduqca təhlükəlidir. Maşının mərkəzi idarəetmə sistemində videoda göstərilən maşının arxa alın şüşəsini isitmə düyməsini basın və bir dəqiqə gözləyin. Avtomobilin yan güzgülərinə düşən su damlalarının getdikcə yoxa çıxacağını görəcəksiniz. 

İkinci, yan güzgü açarını düymədə R yazılan hissəyə fırladın vəsürətlər qutusunu geriyə hərəkət etdirin. Ardınca yan güzgünü arxa təkərləri görə biləcəyiniz vəziyyətə gətirin. Bundan sonra  sürətlər qutusunu geriyə hərəkət etdirdiyiniz zaman yan güzgü avtomatik olaraq aşağı düşəcək və təkərlərin cızılmasının qarşısını alacaq. 

Üçüncü, avtomobilin yan güzgüsü qırılarsa təmirxanaya getməyə ehtiyac yoxdur. Açarı istifadə edərək alt hissədən yuxarıya doğru qaldıraraq sınmış güzgünü çıxarırsınız. Daha sonra yeni güzgünü götürüb asta şəkildə yerləşdirirsiniz və tıqqıltı səsi eşitdinizsə demək ki, yerinə oturub. 

Nərmin

Seçilən
45
avtosfer.az

1Mənbələr