Miqrasiya Məcəlləsinə "yüksəkixtisaslı miqrant" anlayışı əlavə edilir.
SeherXeber.org xəbər verir ki, bununla bağlı təklif edilən dəyişikliklər parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
Dəyişikliyə əsasən, "yüksəkixtisaslı miqrant" yüksəkixtisaslı mütəxəssislərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən proqram çərçivəsində müraciətləri müsbət cavablandırılmış əcnəbilər vətəndaşlığı olmayan şəxslərdir.