Mən şəxsən özüm Avrasiya İqtisadi İttifaqının (Aİİ) növbəti sammitinin İrəvanda keçirilməsini məqsədəuyğun saymamışam.
APA-nın Ermənistan mediasına istinadən xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Aİİ-nin bütün üzvləri Ermənistan üçün arzuolunan deyil”, - Paşinyan vurğulayıb.
Baş nazir hansı üzv ölkədən söhbət getdiyini isə konkretləşdirməyib.