AZ

"Arpaçay" çınqıl-qum qarışığı yatağı hərraca çıxarılır

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşən çınqıl-qum qarışığı yatağı satışa çıxarılır.

Fins.az, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumatına istinadən xəbər verir ki, "Arpaçay" çınqıl-qum qarışığı yatağı hərraca çıxarılır. Yataq 4 hektar ərazini əhatə edir və 200,000 kubmetr həcmindədir. Yatağın istismar müddəti 10 il olaraq nəzərdə tutulub.

Hərracın başlanğıc qiyməti 18,000 manat, 10% beh məbləği isə 1,800 manat təşkil edir. Hərrac 21 yanvar 2025-ci il tarixində saat 11:00-da auksion formasında keçiriləcək. Hərracda iştirak haqqı 540 manatdır.

Seçilən
16
6
fins.az

10Mənbələr