AZ

Fələstinin 1000 illik keçmişə malik sabunu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib

Fələstinin 1000 illik keçmişə malik "Nablus sabunu'' BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

UNESCO-dan verilən məlumata görə, dekabrın 2-7-də Paraqvayın paytaxtı Asunsonda UNESCO-nun eyri-maddi mədəni irsinin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyası keçirilir.

Dekabrın 3-də keçirilən sessiyada Fələstinin 1000 illik keçmişə malik "Nablus sabunu'' UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Qeyd edək ki, Fələstinin ən məşhur sabunu olan Nablus sabununun istehsalında zeytun yağı, natrium hidroksid (NaOH) və su istifadə olunur.

Nablus sabunu uzun zəhmət nəticəsində əldə edilir.



Seçilən
25
1
trt.net.tr

2Mənbələr