“Dekabr ayında Gürcüstanda iğtişaşların hazırlanması barədə dövlət orqanlarında məlumat var idi”.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət partiyalarının ofislərində aparılan axtarışları şərh edərkən deyib.
“Biz 1-27 noyabr tarixləri arasında Gürcüstanda pirotexnikanın satış statistikalarını yoxladıq, ötən illə müqayisədə bu satışlar 90% artıb. Onlar hər şeyi əvvəlcədən planlaşdırmışdılar. Bu gün hüquq-mühafizə orqanları ofislərə daxil olub, materialları götürdü, müxalifət liderləri dərhal etiraf etdilər ki, pirotexnika alıblar, öz etirafları ilə bir daha göstərdilər ki, bütün bunların arxasında partiya resursu dayanır”, - İ.Kobaxidze brifinqdə bildirib.
"Cebheinfo.az"