AZ

İkinci əl telefon alanlar DİQQƏT: Aldana bilərsiz

İkinci əl elektronika məhsulu alarkən diqqət etməli olduğunuz bir neçə vacib məqam vardır. Bu amillər həm məhsulun işlək vəziyyətdə olması, həm də satın alacağınız məhsulun qiymətinin qiymətli olmasını təmin edəcəkdir.

Milli.Az xəbər verir ki, telefonların, planşetlərin, noutbukların və digər elektronika əşyalarının ikinci əl satışı son illərdə həm mağazalarda, həm də onlayn platformalarda böyük marağa səbəb olur.

Bazarda ikinci əl satışı həyata keçirilən məhsullar arasında mobil telefonlar xüsusilə populyardır. Yeniləri ilə müqayisədə onlar qiymət baxımından daha sərfəlidir. Amma işlənmiş cihazların  satışı və istifadəsi ilə bağlı fikirlər birmənalı deyil.

Əksəriyyətin ikinci əl elektron əşyaları almaqda məqsədi büdcəyə qənaət etməkdir.  Lakin işlənmiş hər bir elektron əşya tam yoxlanıldıqdan sonra alınmalıdır.

Sim kartlı elektron əşya alarkən onun vizual görünüşündən əlavə, texniki xüsusiyyətləri, batareyası və IMEI kodu da yoxlanılmalıdır.

Əsas məsələ isə belə məhsullara zəmanət verilməməsidir. Bəzən telefonlara zəmanət ilin sahibinə verilir. Başqası həmin telefonu alanda zəmanət qüvvədən düşə bilər. Beləliklə, ikinci əl elektronika məhsulu almaq qənaətlə yanaşı risklər də daşıyır.

Seçilən
6
5
editor.az

7Mənbələr