AZ

İKTA sədri: Yeni elektron kommunikasiya qanunu mobil virtual operatorların fəaliyyətə başlamasına imkan verəcək

Hazırda bütün dünyada rəqəmsallaşma prosesi sürətlə irəliləyir. Artıq bütün dünya kommunikasiya sözünü elektron kommunikasiya ilə əvəz edir. Yeni elektron kommunikasiya haqqında qanun layihəsi artıq dövlət qurumlarında ikinci oxunuşda razılaşdırılmaqdadır.

AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədri Nail Mərdanov I Beynəlxalq Caspian İnnovasiya Forumunda çıxışı zamanı deyib.

“Yeni qanun qəbul olduqdan sonra bizə imkan verəcək ki, məhdud resurslardan daha çox sayda istifadə edək. Məsələn, bu gün bizim üç mobil operatorumuz varsa, gələcəkdə qanun imkan verəcək ki, mobil virtual operatorlar fəaliyyətə başlasın. Yəni, məhdudiyyət nəzərdə tutulmur”, - deyə N.Mərdanov bildirib.

Seçilən
59
yeniazerbaycan.com

1Mənbələr