Gürcüstan parlamentinin binası yaxınlığında toplaşan etirazçılar artıq Gürcüstan paytaxtının mərkəzi prospektini bağlayıblar.
Toplananlar Gürcüstan və Avropa İttifaqının bayraqlarını qaldırıb.
Parlament binasının hər iki tərəfindəki küçələrə polis qüvvələri səfərbər edilib.
Gürcüstan hökumətinin qərarından narazı olan vətəndaşlar artıq yeddinci gündür ki, etiraz aksiyaları keçirirlər.