AZ

Paşinyan: “İndi bizim hökumətə Qərbin marionetləri deyirlər”

2019-cu ildə biz Suriyaya bir qrup həkim və istehkamçı göndərdik.

KONKRET.az xəbər verir ki, bunu dekabrın 4-də hökumət saatında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Biz oraya bir komanda göndərdik, çünki müttəfiqimiz bizdən xahiş edib və onların köməyimizə ehtiyacı olduğunu bildirib. Biz isə müttəfiq olmağın nə demək olduğunu göstərdiyimiz üçün cavab verdik.

Biz yeganə KTMT ölkəsi idik ki, müttəfiqimizin xahişinə cavab verdik.
Halbuki həm o vaxt, həm də indi bizim hökumətə Qərbin marionetləri deyirlər. Qərb məndən ən yüksək səviyyədə xahiş etdi ki, missiya göndərmə, amma biz göndərdik və düzgün iş gördük. İndi biz geri çəkilmək qərarına gəldik və düzgün olanı etdik.

Təəssüf ki, bütün müttəfiqlərin ideyaları bizim mövcud olan ideyalara uyğun gəlmir. Heç kimin bizi nədəsə ittiham etməyə haqqı yoxdur. Biz bütün müttəfiqlik öhdəliklərimizi yerinə yetirdik, lakin bizə münasibətdə müttəfiqlik öhdəlikləri yerinə yetirilmədi, çətin vəziyyətdə biz tək qaldıq. Belə bir fikir var ki, bizə xəyanət edilib və mənim onları inandırmağa arqumentim yoxdur”, – Paşinyan qeyd edib.

Günel Mikayılova,
KONKRET.az

Seçilən
11
8
konkret.az

9Mənbələr