AZ

Tiflisdə etirazçılar parlamentə doğru irəliləyir: Müxalifət lideri həbs olundu

  Tiflisdə yenidən aksiyalar başlayıb.

Etirazçılar parlament binasına doğru irəliləməyə başlayıblar.

Artıq Rustavelli prospektinin bağlanıldığı haqda məlumatlar yayılıb.

Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib.

Bu arada Gürcüstanda partiya və təşkilatların ofislərində aparılan axtarışlar çərçivəsində 7 nəfər saxlanılıb. Tiflisdə mitinqlərdə baş verən zorakılıq faktları ilə bağlı Cinayət Məcəlləsinin 225-ci (Qrup zorakılığı təşkil etmə, ona rəhbərlik və ya bu zorakılıqda iştirak etmə) və 239-cu (qanunsuz qrup yaratma) maddələri ilə cinayət işi açılıb.

Bundan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları maddi sübut kimi partiya və təşkilatların ofislərindən dəbilqələr, qaz maskaları, külli miqdarda pirotexniki vasitələr, elektrik cihazları, kompüter avadanlığı, “Molotov kokteyli”, müxtəlif məhlullar müsadirə ediblər.

Həmçinin Daxili İşlər Nazirliyi “Dəyişiklik naminə koalisiya”nın liderlərindən biri Nika Qvaramiyanın inzibati qaydada həbs edildiyini açıqlayıb. Bildirilir ki, Nika Qvaramiya ilə polis arasında mübahisə baş verib. Bundan sonra Qvaramiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb./Globalinfo.az  

Seçilən
48
21
referans.az

10Mənbələr