Hazırda Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanla KTMT arasında münasibətlərin dönüşü olmayan nöqtədə olduğunu deyərkən nəyi nəzərdə tutduğu məlum deyil.
Bu barədə “NEWS.ru”ya diplomatik mənbə bildirib.
“KTMT-yə Ermənistanın təşkilatdan çıxışı ilə bağlı sənəd daxil olmayıb. Paşinyanın nədən danışdığını heç kim bilmir”, - o deyib.
Xatırladaq ki, daha əvvəl Paşinyan İrəvanla KTMT arasında münasibətlərin geri dönüşü olmayan həddə çatdığını bildirib. Onun sözlərinə görə, təşkilata qayıtmaq demək olar ki, mümkünsüz hal alıb.