“Yuventus”da çıxış edən türk futbolçu Kənan Yıldız üçün təkliflər irəli sürülür. Metbuat.az xəbər verir ki, “Mançester Yunayted” də futbolçu üçün iddialı təklif irəli sürüb. İddialara görə, İngiltərə nəhəngi Kənan Yıldız üçün "Yuventus"a 85 milyon avro təklif edib. Məlumata görə, “Yuventus” təklifi qəbul edib və futbolçuya karyerası barədə özünün qərar verməsini istəyib. Kənan Yıldız isə təklifi rədd edib. Komandada xoşbəxt olduğunu bildirən futbolçu, “Mançester Yunayted”in təklifindən imtina edib. Bildirilir ki, futbolçu “Mançester Yunayted”ə təşəkkür edib və təklifi rədd edib. Xəbərdə deyilir ki, İngiltərədə istədiyi oyun vaxtını alacağını düşünməyən Kənan karyerasının bu dönəmində "Yuventus"da qalmağa üstünlük verib.