AZ

“Taliban” qadınlara bunu da qadağan etdi

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı qadınlara ginekoloji peşə təhsili almağı qadağan edib.

“Qafqazinfo” “The Independent”ə istinadən xəbər verir ki, artıq qadınlar xüsusilə də doğuş yardımçısı dərslərinə getməyi dayandırıb.

Məsələ ilə bağlı “Human Rights Watch”un qadın hüquqları üzrə direktor müavini Hiter Bar deyib ki, bu tədbirlər qadın və qızların doğuş zamanı tibbi yardım almaqda çətinlik çəkərək ölməsinə səbəb olacaq.

Əfqanıstanın müxtəlif əyalətlərində əvvəllər bu sahədə çalışan bir neçə qadın qadağanın artıq qüvvədə olduğunu təsdiqləyib.

Qeyd edək ki, hərəkat daha öncə qadınlara nazik, dar və ya qısa geyinməyi, qohumluq və ya nikah qohumluğu olmayan kişilərə baxmağı, ictimai yerlərdə və evlərində yüksək səslə danışmağı və s. kimi qadağalar tətbiq edib.

Seçilən
50
3
qafqazinfo.az

4Mənbələr