AZ

Ukraynanın keçmiş prezidentinin oğlu axtarışa verilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkonun oğlu və sabiq deputatı Aleksey Poroşenko çağırış vərəqəsinə əsasən ərazi çağırış mərkəzinə (ƏÇM) gəlmədiyi üçün axtarışa verilib.
Oxu.Az strana.today-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Telegram" kanalları Ukrayna Silahlı Qüvvələrinin nümayəndələrinə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, A.Poroşenko iki dəfə hərbi xidmətə çağırılıb: sentyabrın 4-də və oktyabrın 21-də. Lakin o, hər iki dəfə çağırışa məhəl qoymayıb. Eyni zamanda, 39 yaşlı sabiq deputat ehtiyatda olan leytenant hərbi rütbəsinə malikdir.
KİV-in məlumatına görə, Aleksey həyat yoldaşı, qızı və oğlu ilə iki şəhərdə yaşayır: London və Sinqapur. Ukraynada atasının onun adına keçirdiyi ailə biznesini uzaqdan idarə edir. 2014-cü ildə toqquşmalar başlayandan sonra onun könüllü səfərbər olduğu və minaatan ekipajının komandiri vəzifəsində işlədiyi bildirilir. Lakin sonra mətbuat döyüş əməliyyatlarında iştirak etmədiyini yazıb.
Seçilən
2
9
oxu.az

10Mənbələr