AZ

Xronika: "Saxta erməni tarixi uydurmaq üçün İrəvan türklərinin mədəni irsini dağıtdılar"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Qəza məktəblərinin məqsədi Rusiya hakimiyyətinə sadiq olan nəsil yetişdirmək idi" adlı veriliş efirə gedib.
Oxu.Az xəbər verir ki, verilişdə tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov çar Rusiyasının İrəvan siyasətinin məkrli hədəfləri və mədəniyyət cinayətlərindən söz açır.
O bildirib ki, İrəvan ərazisində quberniya yaradıldıqdan sonra, çar Rusiyası özünün maraqlarına uyğun olaraq məktəblər açdı: "Qəza məktəblərinin məqsədi Rusiya hakimiyyətinə sadiq olan nəsil yetişdirmək idi. Çar Rusiyası həmin bölgədə Azərbaycan türklərini idarəetmədən uzaqlaşdırmağa çalışırdı. Lakin Tiflisdən, Bakıdan ziyalıların İrəvana gəlişi yerli türklərin təhsilinə müsbət təsir etdi. İrəvan azərbaycanlılarının zəngin ədəbi-mədəni mühiti var idi".
Onun sözlərinə görə, Qərbi Azərbaycanda ermənilərə və pravoslavlara məxsus dini ocaqlar 1849-cu ildən sonra tikilməyə başladı: " Qərbi Azərbaycanda yerli əhaliyə qarşı mədəni soyqırımı siyasəti həyata keçirilib. Saxta erməni tarixi uydurmaq üçün İrəvan türklərinin mədəni irsini dağıtıblar. Çar Rusiyası abidələri saxtalaşdırıb, mədəni mühiti dağıdıb, ermənilər üçün zəmin yaradırdı".
Tarixçi çar Rusiyasının İrəvan siyasətinin məkrli hədəfləri və mədəniyyət cinayətlərindən söz açıb, Erməni adlı vilayətin türk tarixi izini, mədəni irsini dağıtmaq hesabına qurulduğunu deyib.
Z.Əmrahov sonda İrəvan quberniyasının mədəni, təhsil mühitində türk amilinin məhv edilməsi və saxta maarifçiliklə bağlı maraqlı faktlar açıqlayıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Seçilən
186
50
oxu.az

10Mənbələr