AZ

Mərkəzi Bank 2025-ci ildən ödəniş təşkilatları üçün audit tələb edəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ildən etibarən ödəniş xidmətləri və ödəniş sistemləri üzrə lisenziya almış təşkilatların auditdən keçməsini və audit hesabatlarını açıqlamasını tələb edəcək.

Fins.az xəbər verir ki, AMB-nin Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasət şöbəsinin müdiri Rəşad Qasımov, VIII Beynəlxalq Bankçılıq Forumunda qeyd edib ki, nağdsız ödənişlərin artması ilə əlaqədar fırıldaqçılıq halları da çoxalır. Buna görə də, fırıldaqçılıqla mübarizə tədbirlərinin genişləndirilməsi zəruridir. Gücləndirilmiş müştəri audentifikasiya (GMA) qaydası tətbiq edilərək, banklar və digər ödəniş xidmətləri təşkilatları üçün audit tələb olunur. 2025-ci ildən etibarən təşkilatlar bu audit hesabatlarını təqdim etməlidir.

Seçilən
55
fins.az

1Mənbələr