AZ

Rusiya rəqəmsal rubldan istifadə etməyə başlayacaq

2025-ci ildən Rusiyada büdcə hesablamalarında rəqəmsal rubl tətbiq ediləcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rusiya çağırır!” forumunda bildirib.

2025-ci il iyulun 1-dən Rusiya Federasiyasının federal büdcə sistemində rəqəmsal rubl vasitəsilə aparılan hesablamalardan istifadə ediləcək.

Beynəlxalq hesablamalarda rublun istifadəsindən danışan Putin qeyd edib ki, Rusiya bu cür əməliyyatları biznes üçün daha rahat etməli və xərcləri azaltmalı olan infrastruktur yaratmağa davam edir.

Seçilən
30
publika.az

1Mənbələr