AZ

İranda hicab taxmayan qadına sərt cəza

İran qanunlarına görə, hicab qaydalarına əməl etməyən qadınlar üçün müəyyən cəzalar nəzərdə tutulub.

Milli.Az qlobal.net-ə istinadla bildirir ki, bu cəzalardan biri qamçı cəzasıdır. İranlı fəal Məsih Əlinejada müraciət edən bir qadın İran polisi tərəfindən gördüyü rəftarı danışıb. Adı açıqlanmayan qadın polislər tərəfindən qamçı cəzasına məruz qaldığını bildirib.

Qadının bel nahiyəsinə 70-dən çox qamçı zərbəsi vurulub və bu, onun bədəində göyərmələrə səbəb olub. Ağır cəza ilə üzləşən qadın öz vətənində təhlükəsiz olmadığını deyib.

Qeyd edək ki, hicab qaydalarına riayət etməyənlər üçün ağır cəzalara qarşı İran xalqı simvolik etirazlar təşkil edir. Ötən ay bir qadın hicabsız geyimlə universitet kampusunda gəzmişdi. Bu, tətbiq olunan cəzaları protest etmək məqsədi daşıyırdı.

Milli.Az 

 

Seçilən
27
milli.az

1Mənbələr