İranda zəlzələ olub.
Bakıvaxtı.az xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, yeraltı təkan ölkənin cənub-qərbində yerləşən Xuzistan əyalətində qeydə alınıb.
Episentri Xuzistan əyalətinin Heftgel şəhəri olan 5,6 bal gücündə zəlzələ yerli vaxtla saat 07.32-də olub.
Zəlzələ yerin 10 kilometr dərinliyində baş verib.
Dağıntı, insan tələfatının olub-olmadığı ilə bağlı açıqlama verilməyib.
Murad Məmmədli